Medianews.az
“Mən Allahla danışdım” – DƏHŞƏTLİ TƏCRÜBƏ
307 baxış

“Mən Allahla danışdım” – DƏHŞƏTLİ TƏCRÜBƏ

1983-cü ildə alimlər qrupu qəribə təcrübə keçirdilər. Alimlərdən biri nəzəriyyə irəli sürdü ki, ortabab adam bütün hisslərini itirərsə, Allahla görüşə bilər. O hesab edirdi ki, insanların beş duyğu hissi kainatı hiss etməyə imkan vermir, insan onlarsız Allahla ünsiyyətdə ola bilər. Təcrübəyə bircə orta yaşlı bir kişi razılıq verir. O deyir ki, itiriləcək heç nəyi yoxdur. Nəticə əldə etmək üçün həkimlər ağır əməliyyat keçirirlər və kişinin beynini bütün sinir ucluqlarından ayırırlar. Şəxs hərəkət edə bilsə də nə görə, nə eşidə, nə hiss edə bilir. Bütün hisslərdən məhrum olduqdan sonra o xarici dünya ilə əlaqələrini itirir və öz düşüncələri ilə tək qalır. 

Alimlər onun vəziyyətini diqqətlə müşahidə edirlər. Xəstə deyir ki, beynində qəribə səslər eşidir. Alimlər bunu xüsusi alətə yazırlar və o qədər də fikir vermirlər. İki gün sonra kişi deyir ki, o ölmüş arvadı ilə görüşüb və hətta onunla danışıb da. Bu alimləri maraqlandırır, lakin onlar yenə də sona qədər inanmırlar. Lakin sonradan xəstə alimlərin özlərinin ölmüş qohumlarının adını bir-bir çəkməyə başlayır. O elə məlumatlar verir ki, onları yalnız ölmüş şəxslər və onların alim qohumları bilə bilərdilər. Bu hadisədən sonra əksər alimlər təcrübəni davam etdirməkdən imtina edirlər. Bir həftədən sonra xəstə deyir ki ölülərdən bezib, onu çox incidirlər. O, səslərdən bezir, başını divara vurmağa başlayır ki, ağrını hiss etsin. Həkimlərə yalvarır ki, ona yatmaq üçün yuxu dərmanı versinlər. 

Lakin bu üç gün davam edir. Üç gün sonra xəstənin vəziyyəti daha da pisləşir. O, başını divara vurmağa davam edir, əlləri ilə görməyən gözlərini oyur, saatlarla qışqırır, alimlərə onu öldürmələri üçün yalvarır. Lakin həkimlər yenə də gözləyirlər ki, nə vaxt Allahla ünsiyyətdə olacaq. Lakin bir müddət sonra xəstə artıq əllərinin ətini didməyə başlayır. Alimlər onu yatağa bağlayırlar. Bir müddət sonra isə xəstə sakitləşir və gözlərindən yaş axmağa başlayır. Sonra xəstə yan tərəfə dönür və kor olmasına baxmayaraq alimlərin birinin düz gözünün içinə baxaraq deyir: “Mən Allahla danışdım və o biri tərk etdi. Həmin anda onun nəfəsi kəsilir, ürəyi dayanır və xəstə ölür. Hələ indiyə qədər onun ölüm səbəbi məlum deyil”.

 publika.az

Bizə qoşulun