Medianews.az
“Milli Şuradakıların əksəriyyəti potensialı tükənmiş insanlardır
186 baxış

“Milli Şuradakıların əksəriyyəti potensialı tükənmiş insanlardır

 

Dəfələrlə qeyd etdiyim kimi, Milli Şuranın yaranmasına baxmayaraq, onun hər hansı uğurlu və uzunmüddətli fəaliyyət sərgiləyəcəyinə inanmıram.

Onun dediyinə görə, çünki müxtəlif dövrlərdə müxalifətin müxtəlif kombinasiyalarda birlik yaratmalarının şahidi olmuşuq və bu birliklərin də heç bir effektli fəaliyyəti olmayıb.

Millət vəkili deyib ki, bütövlükdə Milli Şurada bir araya gələn siyasətçilər əksəriyyət etibarı ilə öz potensialını tükətmiş insanlardır.

J.Əliyevanın bildirdiyinə görə, son 18-20 il ərzində müxalifətdə qalaraq, heç bir seçkidə qalib gəlməyən insanların hər hansı bir potensialının qalacağı, xalqa yeni bir ideya verəcəyi və xalqı daha maraqlı bir yola dəvət edəcəyi fikri özü inandırıcı görünmür.

O hesab edir ki, digər tərəfdən, Milli Şura kimi təşkilatların yaranmasına və fəaliyyət göstərməsinə Azərbaycanda heç bir sosial, siyasi-ictimai zəmin yoxdur.

Millət vəkilinin eyni zamanda qeyd etdiyinə görə, Milli Şura həm də başqa dövlətin müvafiq qurumlarının birbaşa dəstəyi ilə, ideyası ilə yaranmış bir təşkilatdır:

“Ola bilsin ki, Azərbaycanda kimlərinsə sabitliyi pozmaq cəhdinə dəstək verə biləcək bir məqsədlə yaranmış bir təşkilatdır. Amma bunların  hakimiyyət uğrunda ciddi siyasi mübarizə aparacaqları və nəyəsə nail olacaqları barədə heç düşünməyə dəyməz. Çünki bundan ötrü Azərbaycanda heç bir sosial-ictimai zəmin yoxdur”.

Milli Şurada bir-birinə vaxtilə düşmən kəsilən insanların birləşməsinə gəlincə, J.Əliyeva bildirib ki, bu birlik də qeyri-səmimi bir birlikdir:

“Sadəcə, ola bilsin hərəsi müxtəlif qanadları təmsil etdiyinə görə və cəmiyyətdə birlik görüntüsü yaratmaqdan ötrü siyahını daha da uzatmaq, böyütmək istəyirlər, amma dəxli yoxdur. Müxalifətdə olan, xüsusilə, radikal qanadda təmsil olunan insanların hamısını bu Milli Şuraya yığsan, bu siyahıya salsan, yenə heç nə dəyişməyəcək.

Çünki onlar indiyə qədər də bacardıqlarını ediblər və çoxları da nə qədər bacarıqsız olduqlarını göstəriblər. Bunlar əgər istəyirlərsə, doğrudan da, Azərbaycan müxalifətinə xidmət etsinlər, köhnəlmiş adamlar hamısı getməlidirlər. Yeni qüvvələr , yeni düşüncə tərzi, yeni siyasi davranış mədəniyyəti, yeni baxışları, ideyaları olan insanlar gəlməlidir ki, bəlkə onlar Azərbaycanda  müxalif fikirli insanlara nə isə yeni bir nöqtə, istinad verə bilsinlər.

Amma Azərbaycan müxalifətinin radikal qanadı bu insanlarla heç bir yana gedib çıxmır.

Görürsünüz ki, parlamentdə təmsil olunan müxalifət partiyalarının heç biri orda deyillər. Əgər orda deyillərsə, deməli, o qurumun hər hansı bir sağlam məqsədlə yaradılmadığını onlar da anlayırlar...”

 

Bizə qoşulun