Medianews.az
İki gün batmış gəmidə qaldı - İNANILMAZ OLAY
517 baxış

İki gün batmış gəmidə qaldı - İNANILMAZ OLAY

Nigeriyada bir gəminin aşbazı iki gün batmış gəmidə, 30 metr dərinlikdə qaldıqdan sonra xilas edilib.

Gəmi Qvineya körfəzində batıb. Aşbaz Harrison Okene 60 saat 30 metr dərinlikdə qalıb.

Harrison gəminin 12 üzvündən biri olub. Lakin tufan olduğundan gəmi batıb. Həmin vaxt tualetdə olan Okene hava geyiminin olduğu otağa özünü çatdıra bilib:

"Mən suyun içində, tam qaranlıqda idim. Düşünürdüm ki, hər şey bitdi. Su otağı dolduracaq. Lakin bu baş vermədi".

Okene əlinin altında olanları yığaraq üstünə çıxıb ki, suyun üzündə qalsın. 

O deyib ki, aclıqdan və susuzluqdan əziyyət çəkib. Ən çoxsa yırtıcı balıqların hücumundan qorxub. Sonra isə o, gəminin ətrafında itkin düşənləri axtaran dalğıcları görüb. Suyun üstünə qaldırıldıqdan sonra isə o bir müddət xüsusi şəraitdə saxlanılıb ki, daxili təzyiqi normallaşsın.

Bizə qoşulun