Medianews.az
 “Mübariz” filminin çəkilişlərinə start verilir
157 baxış

“Mübariz” filminin çəkilişlərinə start verilir

Azərbaycanın milli qəhramanı Mubariz İbrahimov haqqında “Mubariz” bədii filminin çəkilişinə tez bir zamanda start verilecək. Bu barədə ERA-prodakşın rəhbərləri Nicat Əjdər oğlu Hüseynov və Ruslan İsmayılov xəbər veriblər. Bir neçə  həftə öncə internet saytlarında xəbər verildiyi kimi, filmdə əcnəbi kinemotoqrafçıların, peşəkar  rejissorların və operatorların xidmətindən faydalanılacaq. Mübariz İbrahimovun 5 yaşından şəhid olana qədər keçdiyi  həyət yolundan bəhs ediləcək filmdə, Heydər Əliyevin  təkrar hakimyyətə qayıdışından, müharibəni dayandırmağından, gənclərimizin vətəni sevməsindən, xalqımıza torpağa bağlılığı və  tərbiyyəvi əhəmiyyət kəsb edən çoxlu epizodlar yer alacaq. Film Rusiyyadan və bir neçə başqa ölkədə  yaşayan Azərbaycanın tanınmış iş adamlarının maddi dəstəyi ilə ekranlaşdırılıb dünya kinematoqrafiya standartlarına gətiriləcək.  Film Nicat Əjdərin yazdığ “Mubariz”  kitabı və ssenarisi  əsasında çəkiləcək. İyun ayının sonuna qədər ziyalıların, alimlərin, yazıçıların iştirakı ilə kitabın təqdimatı keçiriləcək.

Bizə qoşulun