Medianews.az
Polis zabiti hamilə qoyduğu qızın uşağını öldürdü
400 baxış

Polis zabiti hamilə qoyduğu qızın uşağını öldürdü

Türkiyənin Bursa şəhərində polis zabiti M.C. həbs olunub. O, qətlə suçlanır.

Milli.Az DHA-ya istinadən bildirir ki, 36 yaşlı M.C. arvadını boşayandan sonra 20 yaşlı F.G. ilə tanış olmuşdu.

F.G. polis zabitindən hamilə qalıb və bir oğlan doğub.

Lakin polis məmuru qızla evlənmək istəmədiyini deyib.

Belədə F.G.-nin anası N.G. polis məmuru ilə əlbir olaraq uşağı boğublar və körpənin cəsədini Şahinyurdu kəndindəki evin arxasındakı peyinlikdə basdırıblar.

Hadisədən üç ay sonra isə F.G. kənddə yaşayan 22 yaşlı E.T.-yə ərə gedib.

Polis araşdırmalara başlayıb. M.C, N.G. və uşağının öldürülməsinə razılıq vermiş qızın atası S.G. tutulublar.

F.G.-nin anası polisdə verdiyi ifadəsində deyib: "M.C qızımla evılənəcəyini demişdi. Bir də gördük ki, qızım hamilə qalıb. Amma o şərəfsiz qızımı almayacağını dedi.

Qızım Orhanqazi rayonunda, özəl xəstəxanada doğdu və elə həmin gün də evə buraxıldı.

Uşağı qızımdan götürdüm, evə aparacağımı dedim. M.C.-nin maşınında gəlirdik. Yolda, meşənin kənarında o, maşını saxladı və məni tapança ilə hədələyərək "Uşaqdan qurtulmalıyıq!" dedi. Əks təqdirdə bütün ailəmi öldürəcəyini söylədi

Uşağı boğduq, evə gətirib peyinlikdə basdırdıq".

F.G isə polisdə verdiyi ifadəsində bildirib ki, doğduğu uşağın atasınını vədinə xilaf çıxması onu depressiyaya düçar edibmiş: "Mənimlə evlənəcəyini demişdi. Amma doğdum, uşaqdan imtina etdi. M.C.-dan şübhələnmişdim, çünki anamla da yatdığını, dəfələrlə cinsi əlaqədə olduğunu düşünürdüm. Gecələrdən birində anamın evdən çıxaraq həyətdəki hamama getdiyini və orada M.C. ilə görüşdüyünü gördüm. Sən demə, M.C. mənimlə yanaşı, anamla da sürəkli cinsi əlaqədə olubmuş. Uşağı da onlar öldürüblər. Sonra ərə getdim. İndi ərim bu biabırçılıqdan xəbər tutsa, nə olacağını bilmirəm".

Amma olay bununla bitməyib.

Polisin apardığı araşdırma nəticəsində bəlli olub ki, F.G-nin atası S.G. polis məmuru M.C.-nin anası ilə gizlicə görüşürmüş. S.G. polisdə bildirib ki, onlar üç ildən bəri həftədə bir neçə dəfə cinsi əlaqədə olublar.

Bizə qoşulun