
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə yeni videolent təqdim edilib. Videolentlərdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə universitetin komendantı vəzifəsində işləyən Məmmədəli Əliyevin danışıqları əks olunub. M. Əliyev o zaman Milli Təhlükəsizlik Nzirinin müavini olan Əli Nagıyevlə görüşdüyünü bildirir. Eyni zamanda qeyd edir ki, istintaqa ifadə verib və müğənni Mətanət İsgəndərli ilə üzləşdirilib. M. Əliyev həmçinin qeyd edir ki, MTN generalı Hilal Əsədovla Ə.Nagıyevin otağında görüşüb.
Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə yeni videolent təqdim edilib. Videolentlərdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə universitetin komendantı vəzifəsində işləyən Məmmədəli Əliyevin danışıqları əks olunub. M.Əliyev o zaman milli təhlükəsizlik nazirinin müavini olan Əli Nagıyevlə görüşdüyünü bildirir. Eyni zamanda qeyd edir ki, istintaqa ifadə verib və müğənni Mətanət İsgəndərli ilə üzləşdirilib. M.Əliyev həmçinin qeyd edir ki, MTN generalı Hilal Əsədovla Ə.Nagıyevin otağında görüşüb.
Komitədən “Azadlıq.TV”-yə verilən məlumata görə, M.Əliyevin bir müddət əvvəl verdiyi bəyanat həqiqəti əks etdirmir. M.Əliyev həmin bəyanatı Mahir Abdullayevi oğurlayan dəstənin təzyiqi ilə verib. Komitə eyni zamanda bəyan edir ki, videolent Baş Prokurorluğa göndəriləcək.
M.Əliyev E.Abdullayevi inandırmağa çalışır ki, artıq M.Abdullayevin işi yekunlaşıb. Onun sözlərinə görə, milli təhlükəsizlik nazirinin otağında baş tutan üzləşdirmədə Mətanət İsgəndərli və MTN-in işçisi, bu danışıqlarda iştirak edən əsas adam Sənan da iştirak edib: “Dedilər ki, əgər biz məhkəməyə getsək, bizim başımızda Hilalın (H.Əsədov) durduğunu deyəcəyik. Hilal da ordaymış. Sənana bir yumruq vurub. Nazir də hirslənib deyib ki, utanmırsan? Deyib, niyə vurursan? Generalsan deyə camaatı ayaqlayacaqsan? Nazirlə danışıq zamanı Sənan deyib ki, bu günə qədər 16 milyard pul yığıb pis-pis işlərdən. Nazir də ona deyib ki, yığdığın pulları gətirərsən. Kişi deyir, məhkəməyə də gələcəm, çıxış edəcəm. Əli Nağıyev deyib ki, Elşad müəllimə de ki, özünü qorusun”.
Komendant daha sonra bildirir ki, müğənnilərə də fəxri adları verdirən şəxs məhz Sənan və onun başında dayanan şəxslər olub. “Mətanət kimdir ki, ona əməkdar artist adı verilsin?” deyə, sual edən M.Əliyev daha sonra bildirir ki, üzləşdirmə zamanı M.İsgəndərli M.Abdullayevi onun evindən “Banditizm”in işçilərinin apardığını deyiblər: “Mətanət deyib ki, Mahirin sonrakı taleyi ilə bağlı hər hansı məlumatı yoxdur”.
Söhbət zamanı E.Abdullayev də həmsöhbətinə bildirib ki, onu birinci dəfə rəsmi şəkildə şantaj edən şəxs Hilal Əsədov olub: “Mahir oğurlanandan 3-4 həftə sonra müstəntiq Novruz Kərimov məni MTN-ə çağırdı. Dedi, Mahirlə bağlı nə bilirsən? Dedim, bu işin əsas günahkarı Sənandır, bu hadisə Mətanətin evində olub. Bu işlə bağlı məndən pul alanlar da bu iki nəfərdir - Zahid Dünyamalıyev və Arzu Kazımov. Müstəntiq məni Hilal Əsədovun yanına apardı. Mən də onu tanımıram. Gördüm, əsəbindən eynəyi düşüb gözündən. Mənə də düşmən kimi baxır. Mənə dedi, ağzına gələni çox danışacaqsan? Düz danış. Hiss elədim ki, mənə qulaq asıb. İstintaq idarəsinin rəisi Mövlandırsa, mən bunun yanına niyə gəlirəm? Bunun yanında olanda mənə zəng gəldi. Dəstəyi götürdüm, bir nəfər mənə dedi ki, ”sən çox özbaşına danışacaqsan? Sənin nəslini kəsərik. Səni Mahirdən də pis vəziyyətə qoyarıq". Hiss elədim ki, KQB əməkdaşıdır. Məni hədələməyə başladı. Sonra həmin adam Hilala zəng elədi. O da dedi ki, “sənə quzu kəsim, mələməmişindən, qarasından, hərif qorxusundan altını batırıb”. Hiss elədim ki, məni hədələyən kimi o adam zəng edib Hilal Əsədova da bu barədə məlumat verib. Bu adam Mahirlə bağlı mənimlə danışıb. Onun səsini tanıdım".
E.Abdullayev həmsöhbətinə həmçinin bildirir ki, prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla görüşmək üçün mühafizə xidmətində çalışan Səftər adlı şəxsə müraciət edib. Amma görüş yerinə - hansısa tədbirin açılış məkanına - çatanda ona Sənanın adamları içəri girməyə icazə verməyiblər. Məqsəd bu söhbətin B.Əyyubova çatmasının qarşısını almaq olub: “Sonra da Səftərin adamlarından biri olan Teymur qabağımı kəsdi ki, niyə şikayət edirsiniz?”
Video M.Əliyevin E.Abdullayevin dediklərini təsdiqləməsi, ona dəstək verməsi, “bu quldurların əlindən zara gəldiyini” deməsi ilə bitir.
Xatırladaq ki, budəfəki videoda öncəkilərdən fərqli olaraq, senzuradan kənar ifadələr və söyüşlər qapadılmışdı. M.Əliyev ötən videosunda olduğu kimi bu dəfə də bol-bol söyüş və vulqar ifadələrdən istifadə edib.
İlk məhkəmə iyunun 11-də olacaq
ABU rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclasının vaxtı məlum olub.
APA-nın məlumatına görə, hazırlıq iclası iyunun 11-nə təyin edilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun icraatına verilib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Baş Prokurorluğun saytında A.Kazımovun istintaqının yekunlaşması ilə bağlı məlumat yerləşdirilib. Həmin məlumatda bildirilir ki, Kazımov Arzu Firudin oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd olunub ki, aparılmış hərtərəfli, tam və obyektiv istintaqla Arzu Kazımovun göstərilən cinayətdə təqsiri sübuta yetirilib. Belə ki, istintaqla müəyyən edilib ki, A. Kazımov özünü mənzil-tikinti kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E.Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib.
Elşad Abdullayev verdiyi pulun müqabilində 9 aprel 2005-ci il tarixli müqavilə əsasında A.Kazımovun qardaşı Nizami Kazımova məxsus «KNF İnvestment» Məhdud Məsuliyyətli Cəmiyyətini, habelə müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirib.
Bundan başqa, istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, bu hissədə cinayət təqibinə xitam verilib.
Eyni zamanda həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət verməyə cəhdi faktı üzrə başqa cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.