
Tovuz rayonunda “Son Zəng” günü qanlı hadisələrlə müşaiyyət olunub.
AzNews.az-ın rayondakı müxbirinin verdiyi məlumata görə, Tovuzda məktəbi bitirməklərini qeyd edən gənclərin bu xoş günləri faciəyə çevrilib.
Belə ki, məlumata görə, rayonun Əlimərdanlı kəndində “VAZ-2107” markalı maşın ağır qəzaya uğrayıb. Bədbəxt hadisə nəticəsində maşındakı məzunlardan biri – 1996-cı il təvəllüdlü Mustafayev Eltun Nəsrəddin oğlu hadisə yerindəcə keçinib. Digəri isə ağır yaralı olaraq rayonun xəstəxanasına çatdırılıb.
Bir digər bədbəxt hadisə isə rayonun Düzqırıqlı kəndinə yaşanıb. Məlumata görə, sözləri çəpləşən məzunlar arasında bıçaqlaşma olub. Hər iki gənc oğlan yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Tovuzun mərkəzində baş verən digər ağır yol qəzasında isə daha çox məzun xəsarət alıb. Belə ki, qəzaya uğrayan “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Maşının içərisində olan 4 nəfər gənc ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Tovuz rayon Polis İdarəsindən hər üç məlumatı təsdiqləyiblər. Hər üç hadisənin təfərrüatları ilə bağlı gün ərzində daha geniş məlumat verəcəyik.