
Yaponiyanın Torimi kafesi “quş” dadı verən dondurma buraxıb.
Publika.Az-ın məlumatına görə, kafedə müştərilərə üç dadlı dondurma təqdim edilir: sərçə dadlı, popuqay dadlı və korella dadlı dondurma. Kafenin sahibi isə bildirib ki, dondurmalar hazırlanarkən bir dənə də olsun quş xəsarət görməyib.
Dondurmaya isə quş əti yox, həmin quşların sevdikləri qidalar qoyulub: məsələn dən, bal və alma. Yaponlar ümid edirlər ki, onların deserti sezonun hiti olacaq.