Medianews.az
Gözü olmayan qız
144 baxış

Gözü olmayan qız

Türkiyənin Bartın bölgəsində yaşayan Özləm Sağlam adlı qız qeyri-adi görüntüsü ilə hər kəsi şoka salır. 8 yaşlı qız gözləri olmadan dünyaya gəlib. Uşaq doğulduğu  zaman həkimlər onun gözləri olmadan da yaşaya biləcəklərini deyiblər. Lakin Özləm bir yaşına çatdığı zaman anası onu tərk edib. Atası da 1 yaşlı uşağa baxa bilməyəcəyini deyib və başqa bir qadınla evlənib. Ö.Sağlam nənəsinin və babasının himayəsində qalıb. Hazıra 8 yaşı olan qız yaşıdları ilə birlikdə məktəbə gedir. Çətinliklə də olsa oxuyub-yazmağı öyrənib. Son zamanlarda onun səhhətində problem yarandığı üçün nənə-babası onu həkimə aparıblar. Müayinələr nəticəsində məlum olub ki, onun yalnız bir böyrəyi var. Buna baxmayaraq həkimlər onun uzun illər yaşaya biləcəyini deyiblər. Özləmin nənə-babası onun yaxşı təhsil alması üçün korlar məktəbinin açılmasını istəyirlər. Lakin onların istəyi hələ də reallaşmayıb (haberler.com).

Bizə qoşulun