Medianews.az
Bu da ilk “mavi“ toyu - VİDEO
163 baxış

Bu da ilk “mavi“ toyu - VİDEO

Mayın 29-da Fransanın Monpelye şəhərində ilk mavi cütlüyün toy mərasimi baş tutub. 

 
Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, homoseksualların hüquqlarının qorunması hərəkatının fəal üzvü, 40 yaşlı Vinsen Oten və 29 yaşlı dövlət qulluqçusu Bruno Bualo rəsmi nikah bağlayıb.
 
Xatırladaq ki, Fransa hakimiyyəti bir qədər əvvəl eynicinslilərin nikah bağlamasına icazə verən qanun qəbul edib. Amma bu qanunun qəbuluna əhalinin xeyli hissəsi sərt təpki verib. Elə bu səbəbdən də hakimiyyət nikah törəninin keçirildiyi ərazini 100-dək polislə əhatəyə alıb. 
 
Güçlü mühafizəyə baxmayaraq törən qorxu altında keçirilib. Cünki bir gün əvvəl bu qanundan narazı olanlardan biri meriyanın binasına girərək "Molotov kokteyli" partlatmışdı.
 
Bu olayla bağlı cütlük toyu dəbdəbəli keçirmək istəməyib. Toya gəlməyi planlaşdıran siyasətçilər də bu səbəbdən nikaha qatılmayıblar. 
Eyni zamanda mərasimin böyük ekranla canlı yayını da məhz buna görə baş tutmayıb. “Mavi” toyun  yeganə rəsmi qonağı şəhərin meri Elen Meandru Kola olub. 
 
Mərasim boyu kişi cütlük bir-birinə hisslərini bildirərək öpüşüblər. Nikahın sonunadək onlar bir-birinin əlini buraxmayıblar. Şəhərin meri onlardan nikahla bağlı razılığını soruşarkən cütlük heç düşünmədən razılıq bildirib. Bualo deyib ki, onların hər ikisi normal ailə arzusundadır: “Eynicinslilərin nikahına icazə verilməsi bizə övladlığa uşaq  götürməyə imkan verir. Yəqin növbəti addımımız bu olacaq”.
 
Mərasimə cütlüyün 200-dən artıq qohumu və 300 qonağı qatılıb. Meriyada isə dünyanın müxtəlif ölkəsindən olan 150-dək jurnalıst akkreditasiyadan keçib.
 
Yaxin günlərdə ilk lesbiyan cütlüyün də nikah mərasimi düzənlənəcək. Onların nikah törəni iyunun 1-də Monpelyedə baş tutacaq.

 

 

 

 

 

http://www.youtube.com/watch?v=S2et0kbnKBA

Bizə qoşulun