
Anapadan Moskvaya uçan təyyarə geri qayıtmaq məcburiyyətində qalıb.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb təyyarənin ön şüşəsinə quş dəyməsi olub.
Quş təyyarənin şüşəsinə dəyərək onu çatladıb.
Anapadan Moskvaya uçan təyyarənin göyərtəsində 40 nəfər sərnişin olub.