Medianews.az
Xalq artistimiz reanimasiyaya düşdü
130 baxış

Xalq artistimiz reanimasiyaya düşdü

 

Siyavuş Aslan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə olunur.


Azərbaycanın xalq artisti Siyavuş Aslanın vəziyyəti pisləşib. Xalq artisti bir müddət özündə olmayıb, heç nəyə reaksiya verməyib. Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirovun ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti yenidən pisləşib. O, xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

“Siyavuş Aslan artıq 1 həftədir xəstəxanadadır. Hazırda Səhiyyə Nazirliyi də sevimli aktyorun müalicəsinə xüsusi diqqət ayırıb. Hələlik onun yanına heç kim buraxılmır”, - deyə Tərlan Bəbirov bildirib.

Xatırladaq ki, Siyavuş Aslan 2 dəfə insult keçirib.

 

Bizə qoşulun