
İngiltərə Kraliçası II Elizabet, bu il də ənənəni pozmayaraq "Buckingham" sarayda nəhəng bir çay mərasimi verib. Movqe.Az-ın məlumatına görə, 8 min adamın qonaq olduğu mərasimdə 27 min fincan çay içilib və 20 min buterbrod yeyilib. Hamilə Keyt Middlton da, yağışa baxmayaraq mərasimə yay fəslinə uyğun sarı bir pencəklə qatılıb. "Emilia Wikstead" dizaynı olan pencəyin qiyməti təxminən 1900 ABŞ dollarına yaxındır.