
Quşun uçan aparata sevgisi rəfiqəsinin ölümündən sonra yaranıb
Normandiyada qu quşu helikopterə aşiq olub. ANS PRESS-in məlumatına görə, bu qəribə və maraqlı hadisə görənləri heyrətə salıb. Məlumata görə, Cersi adasında yaşayan heyvanın uçan aparata sevgisi rəfiqəsinin ölümündən sonra yaranıb.
Quşun yaşadığı klubun əməkdaşlarının sözlərinə görə, qu quşu helikopterə sevgisi o qədər böyükdür ki, həyatını təhlükəyı ataraq onun yanında olmağa, hətta onunla uçmağa belə can atır. Hətta quşun uçmasının qarşısını almaq üçün onun qanadlarını kəsməli olublar.
Klub rəhbərliyi quşa tezliklə cütlük tapmağa çalışırlar.