Medianews.az
Müdafiə naziri istefa verdi
111 baxış

Müdafiə naziri istefa verdi

O, bu addımı xarici işlər və ədliyyə nazirliklərinin mühasirəyə alınmasına etiraz olaraq atdığını deyib

 

 

Liviyanın müdafiə naziri Məhəmməd əl-Bərqxati istefa verib. Müdafiə nazirinin bu addımı inqilabçıların xarici işlər və ədliyyə nazirliklərini bir həftədir mühasirədə saxlamasına etiraz əlaməti olaraq atdığı bildirilir. Naziri adıçəkilən nazirliklərin mühasirəsi başlandıqdan bəri Nazirlər Kabinetinin istefa verən ilk üzvüdür. Məhəmməl əl-Bərqxati bu hadisəni demokratiyaya təcavüz adlandırıb. 

"Mən heç vaxt siyasətdə silaha yer ola biləcəyini qəbul etməyəcəyəm. Bu, mənim müdafiə etməyə and içdiyim demokratiyaya hücumdur", - deyə Liviyanın istefaya gedən müdafiə naziri vurğulayıb.

Xatırladaq ki, Liviyada inqilab tərəfdarları Müəmmər Qəddafi dövrünün məmurlarına vəzifə tutmağı qadağan edən qanunun ləğv edilməsinə etiraz olaraq xarici işlər və ədliyyə nazirliklərini mühasirəyə alıb.

Bizə qoşulun