Medianews.az
Nazpəriyə qadağa qoyulmayıb
318 baxış

Nazpəriyə qadağa qoyulmayıb

Ötən gün mətbuatda xalq artisti Nazpəri Dostəliyevaya Azərbaycan Dövlət Televiziyasında qadağa qoyulduğu haqda xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, xəbərdə telekanal rəhbərliyi tərəfindən Musiqili və Əyləncəli proqramlar departamentinə bu barədə tapşırıq verildiyi iddia edilib.

Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynov isə xəbərlərin yalan olduğunu deyib:

“Bir neçə gün əvvəl jurnalist zəng edib poçt ünvanlarına belə bir məktub gəldiyini dedi. Nazpəri xanım isə xəbərlərin yalan olduğunu vurğuladı. Amma nədənsə belə bir şayiə yazıblar. Bu xəbəri Nazpəri xanım kimi sənətkarı gözü götürməyənlərdən kimsə yayıb. Xalq artistinin Dövlət Televiziyasına böyük hörməti var. O, telekanalın bütün tədbirlərində iştirak edib və bundan da sonra belə olacaq. Bu cür xəbərlərlə ara vurmasınlar”.

 

Bizə qoşulun