Bu sistem vasitəsilə istənilən məhsulu istər ölkə daxilində, istərsə də xarici ölkələrdən sifariş etmək mümkündür
İnformasiya texnologiyaları və sistemlərinin sürətlə inkişafı, yeni sahə olan online ticarətin yaranmasına səbəb olub. Online ticarət sahəsi özü-özlüyündə adi biznes sahəsinə aid olan bütün sahələri əhatə edir.
Bu sistem vasitəsilə istənilən məhsulu istər ölkə daxilində, istərsə də xarici ölkələrdən sifariş etmək mümkündür. Bundan başqa siz vaxt itkisinə, həm də pulunuza qənaət etmiş olursunuz. Çünki internet vasitəsi ilə həyata keçirilən satışların qiymətləri adi satış qiymətindən çox aşağı olur.
Online ticarət mal və xidmətlərin elektron ticarətini özündə birləşdirir. Bu biznes sahəsi sifarişin qəbulunu, malın daşınması və çatdırılmasını, istehsalçı və istehlakçı arasında hesablaşmaların həyata keçirilməsini, internet şəbəkəsi vasitəsilə həyata keçirir. Amma bir məsələ insanı narahat etməyə bilməz. Online ticarət təhlükəsizdirmi?
Online ticarət anlayışı həyatımıza 1997-ci ildə daxil olub. Statistik məlumatlara görə, dünya ölkələrindən ən çox online ticarətlə Yaponiya və Koreya dövlətləri məşgul olur.
http://www.youtube.com/watch?v=JJPIlAgAlJ8