Medianews.az
Nəqliyyat müfəttişləri sürücünü döydülər (FOTO, VİDEO)
209 baxış

Nəqliyyat müfəttişləri sürücünü döydülər (FOTO, VİDEO)


“Dünən axşam saatlarında Sumqayıtdan Biləcəridə yaşadığım evə gələrkən Beynəlxalq Avtovağzal ərazisində Nəqliyat Departamentinin əməkdaşları yolumu kəsərək, maşınıma hücuma keçdilər”. Bunu Nəqliyyat Departamentinin işçiləri tərəfindən  döyüldüyünü iddia edən Məzahir  Mehman oğlu Mehmanov deyib. Onun iddiasını əks etdirən videosüjet YouTube portalında yerləşdirilib.

“Qapımı açaraq maşınımın içində olan sənədlərimi, maşınımın açarlarını zorla əlimdən alaraq məni döyərək maşından düşürdülər. Gecə saat 12-dən 2-yə kimi məni orda saxladılar, məni təhqir edərək döyüb əynimdə olan paltarları cırdılar. Daha sonra maşınımı zorla əlimdən alaraq sürüb uzaqlaşdılar. Yaxınlıqda olan post-patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq kömək istədim, onlar bildirdilər ki, biz Nəqliyyat Departamentinin işinə qarışa bilmərik. Daha sonra DİN-nin 102 xidmətinə zəng vuraraq başıma gələnləri danışdım”.

Video gecə saatlarında yayıldığından, Nəqliyyat Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb. Mövzuya qayıdacağıq.

http://www.youtube.com/watch?v=i-PBCNH6wN0&feature=youtu.be

Bizə qoşulun