Medianews.az
Daha bir polis rəisi vəzifəsindən azad edildi
996 baxış

Daha bir polis rəisi vəzifəsindən azad edildi

 

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rafiq Məmmədov tutduğu vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məmmədovun yerinə hələki yeni rəis təyin olunmayıb. Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Məmmədov ötən ilin fevralından bu vəzifədə çalışırdı.

Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin bundan əvvəlki rəisi Fazil Cəfərov isə 2011-ci ilin oktyabrında təqaüdə göndərilib.

Bizə qoşulun