Dünən Bakıda “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən həbs olunaraq Səbail polisində saxlananlardan bir qrupu avtobusla Qobustan istiqamətinə aparılaraq daha sonra sərbəst buraxılıb. Bu barədə “AzadlıqRadiosu” məlumat yayıb. Bundan əvvəl isə təkcə Yasamal Rayon Polis idarəsindən ümumilikdə 66 nəfər aksiya iştirakçısı sərbəst buraxılmışdı.
Yasamal polisində saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyev sərbəst buraxılıb. AzadlıqRadiosuna müsahibəsində o, aksiyaya gedərkən yolda saxlandıqlarını deyib: “Biz bir qrup hüquqşünas belə qərara almışdıq ki, aksiya keçiriləcək meydana “Nizami” nin abidəsi tərəfdən gedək. Yolda bizi görən, bir polis polkovniki bizə yaxınlaşdı hara getdiyimizlə maraqlandı. Dedik aksiyaya gedirik. Bundan sonra polislərə göstəriş verdi və hamımızı maşınlara mindirib Yasamal polisinə gətirdilər”.