Venesuelanın mərhum prezidenti Uqo Çaveslə vida mərasiminə qatılan İran prezidenti Mahmud Əhmədinejad yenə diqqət mərkəzinə düşüb.
Yaxın dostu U.Çaveslə son dəfə vidalaşmağa gələn M.Əhmədinejad göz yaşlarını saxlaya bilməyib və dostunun tabutunu öpüb.
M.Əhmədinejadın bu davranışı vida mərasiminə dünyanın 50-dən çox ölkəsindən qatılmış dövlət və hökumət başçılarının alqışları ilə qarşılanıb.