Ermənistan prezidentliyinə keçmiş namizəd Vartan Sedrakyan rəqibi Paruyr Ayrikyana qarşı sui-qəsdin təşkilində şübşəli kimi həbs edilib. ANS PRESS-in məlumatına görə, bir qədər əvvəl məhkəmə 46 yaşlı Vartan Sedrakyan barəsində iki aylış həbs-qətimkan tədbiri seçib. Həbs qərarı ilə bağlı təqdimatı Paruyr Ayrikyana qarşı sui-qəsdi araşdıran Milli Təhlükəsizlik Xidməti verib.
Həbs edilənin vəkili Aleksandr Sirunyanın sözlərinə görə, Vartan Sedrakyan məhkəmədə ittihamı rədd edib və ifadə verməkdən imtina edib.
Həyatının təxminən 18 ilini sovet həbsxanaları, düşərgələri və sürgünlərdə keçirən Paruyr Ayrikyana qarşı sui-qəsd fevralın 1-inə keçən gecə olub. 64 yaşlı prezidentliyə namizəl İrəvanın mərkəzində güllələnmişdi.