Medianews.az
Çində zəlzələ: minlərlə ev dağıldı
236 baxış

Çində zəlzələ: minlərlə ev dağıldı


Çinin Yunnan əyalətində zəlzələ olub. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsmində 30 adam xəsarət alıb.

Zəlzələnin gücü 5,5 bal olub. İlk yeraltı təkandan sonra 34 təkrar təkan qeydə alınıb. İlkin məlumata görə, zəlzələdən 92 min sakin əziyyət çəkib. Onlardan 12 min nəfəri təxliyə edilib. 1781 ev dağılıb, 83 min 434 bina, o cümlədən, məktəb binası zədələnib. Elektrik və su sistemləri sıradan çızıb, nəqliyyat əlaqəsi pozulub.

Təbii fəlakət bölgəsinə 3 min çağır, ədyal və isti geyim göndərilib.

Bizə qoşulun