Medianews.az
Aygün Kazımova Amerikada Azərbaycan bayrağını geyindi
617 baxış

Aygün Kazımova Amerikada Azərbaycan bayrağını geyindi

 



Hollivud layihəsini gerçəkləşdirməyə yollanan Aygün Kazımova artıq klip çəkilişlərinə başlayıb. ANS PRESS-in məlumatına görə, amerikalı repçi Snup Doqla duetlərinə elə onun villasında klip çəkdirməyə gedən xalq artisti Amerikadan ilk görüntülərini İnstagram-da paylaşıb.

Fotolarda müğənninin hazırlıq prosesindən və artıq çəkilişlərə tam hazır vəziyyətdə olan görüntülər yer alıb. Şəkillərdən göründüyü kimi Aygün Kazımovanı bu klipdə Azərbaycan bayrağından olan libasda görə biləcəyik.

Fotolar ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinin Beverli Hills məhəlləsində çəkilib.

 

 

 

 

 

Bizə qoşulun