
ATƏT-in Minsk qrupunun Ermənistanın qeyri-legitim hakimiyyətini tanımağa tələsən üzvləri Minsk qrupunun tərkibindən çıxmalıdırlar. ANS PRESS-in ArmeniaToday-a istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidentliyinə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan bəyan edib. Serj Sarkisyana göndərilən təbriklərdən danışan prezidentliyə namizəd deyib: “Vladimir Vladimiroviç və müsyo Olland Serj Sarkisyana istənilən kağızı göndərə bilərlər, öz işləridir. Onların öz maraqları var. Amma erməni xalqının qərarına və maraqlarına hörmət etməyən hər kəs cavab verəcək”.
Raffi Ovannisyan ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib. Onun sözlərinə görə, “Kosovo, Abxaziya, hətta Cənubi Osetiyanı tanıyan, Dağlıq Qarabağı isə tanımayan ölkələr Ermənistanın qeyri-legitim hakimiyyətini tanımağa tələsirlər”.