![]()
AzTV türk fanatlarını qəzəbləndirib.
“Qafqazinfo”nun məlumatına görə, dünən Türkiyədə baş tutan Qalatasaray- Şalke04 qarşılaşması canlı yayımlanan zaman AzTV-də oyunu şərh edən aparıcının işlətdiyi söz etiraza səbəb olub.
Belə ki, hesab Qalatasarayın doğma meydanında 1-1 olunca, şərhçi cim-bomlu fanatlarını əsəbiləşdirəcək söz deyib: "Qalatasaray klubu heç vaxt Fənərbaxça fanatları kimi atəşli tərəfdara sahib ola bilməyəcək".
Qeyd edək ki, şərhçinin işlətdiyi sözləri sosial şəbəkələrdə etirazla qarşılanıb.