
AzNews.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov son günlər ölkədə cərəyan edən hadisələrlə bağlı xüsusi bəyanatla çıxış edəcək.
Bununla bağlı Ziyalılar Forumundan AzNews.az-a verilən məlumata görə, xalq yazıçısı Rüstəm İbrahimbəyov Əkrəm Əylislinin qalmaqallı «Daş yuxular» romanı ətrafında cərəyan edən proseslərə, o cümlədən, ölkə prezidentinin müəlliflə bağlı məlum sərəncamına yönəlik bəyanat səsləndirəcək. Anoloji bəyanatla Rusiyada yaşayan həmyerlimiz, yazıçı Çingiz Hüseynovun da çıxış edəcəyi gözlənilir.