Elşad Abdullayevin “bombaları” hakimiyyəti laxladır, lakin...
2012-ci il hakimiyyət üçün çətin sınaq ili oldu. Bir yandan beynəlxalq təzyiqlər, digər tərəfdən isə iqtidardaxili ziddiyyətlər kifayət qədər problem yarada bildi. Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin “kompromat savaşı”na başlaması hakimiyyət üçün kifayət qədər problem yaratdı. Seçki saxtakarlığının deşifrə olunması ilə yanaşı iqtidarın monolitliyinin mif olduğu da üzə çıxdı. Elşad Abdullayevin partlatdığı bombaların gələn il daha çox qurbanlara səbəb olacağını indidən ehtimal etmək olar.
“Gülərqeyt qalmaqalı” başlayan gündən qeyd etmişdik ki, bu proseslər hakimiyyətdaxili savaşın tərkib hissəsidir və iqtidar komandasında parçalanmanın təzahürüdür.
Ehtimal edə bilərik ki, prezident seçkilərinin vaxtı yaxınlaşdıqca sözügedən qarşıdurmalar daha da dərinləşəcək. Bir daha vurğulamaq yerinə düşər ki, E.Abdullayev bu prosesdə müstəqil fiqur deyil və görünən budur ki, o, hətta rektor olduğu zaman kimlərinsə xeyir-duası ilə bütün görüş və danışıqlarını lentə alırmış. Odur ki, E.Abdullayevin video-çarxlarının nüsxələrinin daha iri fiqurlarda da olacağı ehtimalı xeyli dərəcədə böyükdür.
Maraq doğuran sual ondan ibarətdir ki, E.Abdullayevin qurban seçdiyi sabiq millət vəkili Gülər Əhmədova hansı səbəbdən dərhal hakim “Yeni Azərbaycan” Partiyasının “qara siyahısı”na düşdü? Bu, özünü qorumaq naminə G. Əhmədovanı qurban vermək jesti deyildi. Bu suala cavab tapmaq sonrakı proseslərin təhlili üçün önəmlidir.
Hələ “Gülərqeyt qalmaqalı” başlamamış belə məlumatlar dolaşırdı ki, G. Əhmədova Ramiz Mehdiyevin komandasını tərk edərək, digər hakim soyada “sədaqət andı” içib. Bu isə PA rəhbərinin qəzəbinə səbəb olub və “cızığından çıxan” millət vəkilinin vurulması üçün fürsət gözlənilir. Belə də oldu.
Lakin baş verənlər daha irimiqyaslı savaşın xəbərçisi idi və aydın məsələdir ki, hakimiyyətdaxili qarşıdurmalar daha iriçaplı qurbanlar tələb edir. Bu baxımdan, E. Abdullayevin arxasında duran qrupların aydın hədəflər seçdiyi də ilk gündən görünürdü. Seçki prosesini idarə edən R. Mehdiyevin və ona bağlı şəxslərin müntəzəm vurulması, sabiq rektorun PA rəhbərini istefaya səsləməsi sözügedən iqtidardaxili savaşın tərkib hissəsi idi.
Xüsusilə vurğulamaq yerinə düşərdi ki, E. Abdullayev “kompromat savaşı” açandan bəri bir dəfə də ölkə başçısının adını çəkməyib, bütün günahlarda əsas ünvan kimi yalnız PA rəhbərini göstərib. Qərəzli “dostlarımızın” nifrət püskürməsinə lüzum yoxdur. Məqsədimiz kimisə təmizə çıxartmaq və qorumaq deyil. İlk gündən yazmışdıq ki, baş verənlərdə adi icraçı olan Gülər Əhmədova ilə yanaşı, videoçarxlarda adıçəkilən hər bir kəs cavab verməlidir, o cümlədən PA rəhbərliyi. Burada “radikallığı” ilə seçilənlərin nəzərinə çatdırmaq yerinə düşərdi ki, ölkədə baş verən seçki saxtakarlığına görə E. Abdullayevin bu qədər qoruduğu dövlət başçısı da məsuliyyət daşıyır. Ölkədə köklü dəyişiklik yalnız birinci şəxsin əvəzlənməsi nəticəsində baş verə bilər, kimlərinsə qurban verilməsi geniş mənada ciddi islahatlara səbəb olmayacaq.
Daha bir məsələyə diqqət yetirmək lazım gəlir.
Son illər ərzində Azərbaycanda iqtisadi bloku ələ keçirən, vergilər, gömrük, mədəniyyət və s. nazirliklərə tam nəzarət edən “ikinci ailə”nin (Paşayevlərin) təsir dairələrindən kənarda qalan yeganə qurum məhz PA-dır. PA-ya nəzarət də ələ keçirilərsə, artıq “ikinci ailənin” birinci olacağı, ölkəyə tam nəzarət edəcəkləri birmənalıdır. “Gülərqeyt qalmaqalı”nın pərdə arxasında elə bu səbəb gizlənib.
R. Mehdiyevin istefasını tələb edənləri şərti olaraq bir neçə qrupa bölmək olar. Səmimi şəkildə PA rəhbərinin istefasının hakimiyyətin sonu olacağına inananlar, Paşayevlərin nəzarətində olan siyasi təşkilatlar və şəxslər, R. Mehdiyevin vurulmasında maraqlı olan məmur - oliqarxların KİV-lərdə olan dayaqları.
Bir daha vurğulayaq ki, siyasi hakimiyyətin dəyişməsini dövrün tələbi hesab edirik və burada bir məmuru çirkaba batırıb, digərini təmizə çıxarmaq kimi missiyamız da yoxdur. Bu işi müxalifətin bəlli cinahı sosial şəbəkə və mətbuatda uğurla həyata keçirir. Sadəcə olaraq, burada qeyd etmək yerinə düşər ki, sistem dəyişməsə, ölkədə müsbət irəliləyişlər ola bilməz.
Partnomenklaturanın oliqarxlarla əvəzlənməsi də sevindirici hal deyil, əksinə, siyasi münasibətlərin daha da bərbad ola biləcəyinin xəbərçisidir. Bu hal AXCP sədri Əli Kərimlinin təbirincə desək, “kazino əxlaqı”nın idarəetməyə gətirilməsidir. Bu isə daha qorxunc tendensiyalardan xəbər verir. Əgər indiyə qədər söhbət böhtan, şantaj, “qara piar”dan gedirdisə, belə olan təqdirdə sui-qəsdlərdən gedə biləcək.
Aydın məsələdir ki, bu zaman da əsas hədəf kimi İsa Qəmbər və Əli Kərimli seçiləcək. Burada bir zəruri replika yerinə düşərdi. Azərbaycan siyasi həyatındakı yerlərinə və çəkilərinə görə adıçəkilən iki liderdən gözləntilər də böyükdür. Bu baxımdan, onların addımları dərhal təftiş edilir. Bu, demokratiyanın əlifbasıdır. Siyasi liderlər cəmiyyətdə olan fikirlərin mətbuata təzahürünü, təhlilləri nəzərə almalıdırlar, bunlara əməl etməsələr belə, “belə fikirlər də mövcuddur” tezisindən çıxış etməlidirlər.
Liderlərin kiçik bir tənqiddən qəzəblənən və sosial şəbəkələrdə, mətbuatda, kin, nifrət, böhtan, çirkab püskürən, prosesləri dərk etmək iqtidarında olmayan tərəfdarlarını ram etməyin vaxtı çatıb. Azərbaycan demokratiyasının gələcəyi eyni zamanda bundan asılıdır. Müxalifətdə olan bəzi simaların tənqidi qəbul etməmək və əks fikrə çirkab atmaqla cavab vermək cəhdləri ağır nəticələr verə bilər.
Ölkə rəhbəri son çıxışında müxalifəti tənqid və təhqir etdi. Müxalifəti ermənilərlə eyniləşdirən ölkə başçısı siyasi opponentlərini ölkənin uğursuzluqlarına sevinməkdə suçladı. Ciddi ittihamlardı. Lakin rəhbərlik etdiyi siyasi elitanın bir-birilərinə qarşı “çirkaba bulaşdırmaq” cəhdində olduğu bir zamanda belə ittihamlar cəmiyyət tərəfindən müsbət qarşılanmır.
Yaxşı olardı ki, prezident ilk növbədə öz komandasında intizam yaratsın.
E. Abdullayevin partlatdığı hər bir bomba mahiyyət etibarilə hakimiyyəti laxladır. Bu, əllərində silah və böyük maliyyə olan qrupların
musavat.com