Medianews.az
Sabah Azərbaycan İpoteka Fondunun istiqraz emissiyasının növbəti tranşı satışa çıxarılacaq
128 baxış

Sabah Azərbaycan İpoteka Fondunun istiqraz emissiyasının növbəti tranşı satışa çıxarılacaq

Dekabrın 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

 

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca ilkin olaraq 5 mln. manat həcmində və 100,8167% qiyməti ilə istiqraz çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il yanvarın 22-də icra olunacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək.

 

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti bu ilin yanvar ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İndiyədək sözügedən emissiyanın 25 mln. manatı yerləşdirilib.

 

 

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan 4 buraxılış tam yerləşdirilib.

 

apa.az

Bizə qoşulun