Medianews.az
Şah Dəniz konsorsiumunda nasazlığa görə qaz hasilatı 18 faiz düşüb
145 baxış

Şah Dəniz konsorsiumunda nasazlığa görə qaz hasilatı 18 faiz düşüb

Britaniyanın neft nəhəngi BP tərəfindən idarə olunan Şah Dəniz konsorsiumdakı qaz quyusunda "texniki problem"ə görə hasilat gündə 28 kub metrdən 23 kub metrə düşüb, Azərbaycan rəsmiləri deyir.

"Quyulardan biri dayandırılıb, qaz hasilatı azaldılıb", - ARDNŞ-nin birinci vitse-prezidentlərindən biri Xoşbəxt Yusifzadə Reuters-ə deyib. Vitse-prezident texniki problemi izah edərək quyuda deşik əmələ gəldiyini deyib.

Məlumata əsasən, Azərbaycan öz ehtiyatlarından istifadə etdiyinə görə qaz ixracında böyük dəyişiklik olmayıb.

 

Bu ilin fevral ayında Şah Dəniz yatağından Türkiyəyə qaz ixracı Klikləyintexniki məsələyə görə dayandırılmışdı.

Şah Dəniz konsorsiumunda BP və Statoil şirkətlərinin hərəsi 25,5 faiz, TOTAL, Lukoil, NICO və SOCAR şirkətləri hərəsi 10 faiz, TPAO şirkəti isə 9 faiz səhmə sahibdir.

BBC

Bizə qoşulun