Medianews.az
Rusiyada “YouTube” bağlandı
203 baxış

Rusiyada “YouTube” bağlandı

Rusiyada “YouTube” videohostinqi deyil, onun qadağan olunmuş materialın əksini tapdığı bir səhifəsi yasaqlanmış saytlar siyahısına daxil edilib.
 
 APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, “Roskomnadzor”un mətbuat katibi Vladimir Pikov deyib ki, “YouTube” qadağan olunmuş saytların reyestrinə texniki səhv ucbatından düşüb.  
 
“Rospotrebnadzor”un rəhbəri Gennadi Onişşenko isə bildirib ki, onlar noyabrın 1-dən “YouTube”da yerləşdirilmiş 22 rolikin izlənməsinin yasaqlanmasını tələb ediblər. 
 
Bu roliklərdən bəzilərində özünəqəsd səhnələri əksini tapıb. Lakin bütünlükdə “YouTube”un bağlanması məsələsini “Rospotrebnadzor” qaldırmayıb. G. Onişşenko “youtube.com” adresinin reyestrə salınmasını provokasiya adlandırıb.  
teleqraf.com

Bizə qoşulun