2 yaşlı uşaq zəhərli meduzanın sancmasından dörd gün sonra ölüb.
Medianews.az xəbər verir ki, faciə noyabrın 15-də, ailə Malayziyanın Cenang çimərliyində tətildə olduğu zaman baş verib.
Hadisə baş verdikdən sonra, ata uşağı dərhal sudan çıxarıb ürək masajı etməyə başlayıb. Həmin vaxt sahildə xilasedicilər, xəbərdarlıq lövhələri yox idi və təcili yardım çağırmaq mümkün deyildi. Ailəyə orada olan turistlər kömək edib.
Həkimlər dörd gün uşağın həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
Yalnız faciədən sonra səlahiyyətlilər çimərlikdə məlumat lövhələri quraşdırıblar və nəzarəti gücləndiriblər.
Medianews.az