Medianews.az
İki ölkəni birləşdirəcək -
162 baxış

İki ölkəni birləşdirəcək - Dünyada ən uzun tunel

Avstriya ilə İtaliyanı birləşdirəcək 64 kilometrlik Brenner Baza Tunelinin tikintisi həlledici mərhələyə çatıb.

Medianews.az xəbər verir ki, layihə tamamlandıqdan sonra o, dünyanın ən uzun dəmir yolu tuneli olacaq.

19 ildir davam edən tikinti işləri çərçivəsində tunelin əsas qalereyalarından biri artıq iki ölkənin sərhədində birləşdirilib. Layihənin ümumi dəyəri 10 milyard avrodan çox qiymətləndirilir.

Tunel Alpların əsas dağ silsiləsini dik yamaclar olmadan keçəcək. Bu isə qatarların sürətini əhəmiyyətli dərəcədə artıracaq. Sərnişin qatarlarının tuneldən təxminən 200 km/saat sürətlə hərəkət edəcəyi, səfər müddətinin isə bir saata qədər azalacağı bildirilir.

Hazırda Brenner keçidindən hər il təxminən 2,4 milyon yük maşını istifadə edir.

Tunelin 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Ekspertlər hesab edirlər ki, layihə sayəsində dəmir yolu ilə yükdaşımaların payı 2040-cı ilədək 50 faizə çata bilər.

Medianews.az

 

Bizə qoşulun