111 yaşlı rusiyalı qadının görmə qabiliyyəti bərpa olunub.
Medianews.az xəbər verir ki, həkimlər Xabarovsk diyarının sakininə mürəkkəb katarakt əməliyyatı həyata keçiriblər.
Cərrahlar linzanı dəyişdirərək eyni zamanda xəstəni astiqmatizmdən sağaldıblar.
Əməliyyatın uğurlu keçdiyi və xəstənin görmə qabiliyyətnin çox yaxşı olduğu bildirilir.
Medianews.az