Medianews.az
Zelenskidən etiraf -
48 baxış

Zelenskidən etiraf - "Müharibənin sona çatması üçün…”

Kiyev hazırda ABŞ-la birgə ölkənin müharibədən sonrakı bərpa prosesi üzrə detalları dəqiqləşdirir.

Medianews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Ukrayna 20 maddədən ibarət sülh planı üzərində işi yekunlaşdırmaq üzrədir. Bu sənəd həm müharibənin başa çatma parametrlərini, həm də ərazilərin və infrastrukturun bərpasını müəyyən edə bilər.

“Biz hər gün tərəfdaşlarımızla təmasdayıq. Bu gün ABŞ-la Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi inkişafı məsələlərini müzakirə edirik. Paralel olaraq, müharibənin sona çatması üçün parametrləri müəyyən edə biləcək əsas sənəd – 20 maddəlik plan üzərində işi tamamlayırıq,” – deyə o vurğulayıb.

Prezident əlavə edib ki, sənəd yaxın zamanda ABŞ-a təqdim olunacaq.

Bizə qoşulun