Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya Prezidenti Vladimir Putinin ona verdiyi qutunun fotosunu yayımlayıb.
Medianews.az xəbər verir ki, diplomat hədiyyəni Telegram kanalında paylaşıb.
Fotoşəkildə üzərində "Moskva" və "Kreml" sözləri yazılmış hədiyyə qutusu, içində olan qutunun özündə isə Kremlin və Müqəddəs Georgi Qalibin şəkli var.
Hədiyyənin yanında "Vladimir Vladimiroviç Putin" imzalı açıqca və ehtimal ki, "M.V. Zaxarova"ya ünvanlanmış zərf var.
Medianews.az
