Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, VAZ-2115 avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.