Medianews.az
İrandakı etirazlarda 2000 nəfər
75 baxış

İrandakı etirazlarda 2000 nəfər həlak olub

İranda dekabrın sonundan davam edən iğtişaşlar zamanı təxminən 2 min nəfər həlak olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən məmura istinadən məlumat yayıb.

Agentliyə danışan rəsmi həm etirazçıların, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşlarının ölümünə səbəb olanlar şəxsləri “terrorçu” adlandırıb. Bununla belə, o, ölənlərin neçəsinin etirazçı, neçəsinin isə hüquq-mühafizə orqanlarının əməkdaşı olduğunu açıqlamayıb. 

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) isə iğtişaşlar zamanı ölənlərin sayının 646 nəfərə çatdığı, onlardan 505 nəfərin etirazçılar olduğu barədə məlumat yayıb. 

Agentlik həmçinin İranın 31 ostanının 187 şəhərində qeydə alınan etirazlarda azı 10721 nəfərin həbs edildiyini vurğulayıb. 

Bizə qoşulun