İspaniyalı mütəxəssis Xabi Alonso “Real”ın baş məşqçi postundan ayrılmasını ilk dəfə şərh edib.
Publika.az xəbər verir ki, mütəxəssis bununla bağlı açıqlamanı “Instagram” səhifəsində paylaşıb.
“Bu peşəkar mərhələ başa çatdı və hər şey istədiyimiz kimi alınmadı. “Real”ı çalışdırmaq mənim üçün böyük şərəf və ciddi məsuliyyət idi. Kluba, futbolçulara və hər şeydən əvvəl azarkeşlərə göstərdikləri etimada və dəstəyə görə təşəkkür edirəm. Tam hörmət, minnətdarlıq və əlimdən gələni etdiyimə görə qürur hissi ilə ayrılıram”, - deyə Alonso yazıb.
Qeyd edək ki, Xabi Alonso “Real”a 2025-ci ilin yayında baş məşqçi təyin olunmuşdu. İspan mütəxəssis Kataloniya təmsilçisinə İspaniya Superkubokunun finalında 2:3 hesablı məğlubiyyətdən sonra vəzifəsindən azad edilib.
“Real”a yeni baş məşqçi Alvaro Arbeloa təyin olunub.