Medianews.az
Yol polisindən nömrə açıqlaması -
435 baxış

Yol polisindən nömrə açıqlaması - DƏYİŞİKLİK OLMAYACAQ

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenanti Rövşən Tağıyev Avtosfer.az-a açıqlamasında 6 rəqəmli yeni dövlət nömrə nişanları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Medianews.az xəbər verir ki, 6 rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq”.

Bizə qoşulun