2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipilə pensiya alan şəxslərə 200 manat yardım edilmişdi. 2023-cü ildə isə bu yardım aylara bölünərək pensiya məbləğlərinə mərhələli şəkildə daxil edilib və indeksləşdirilərək ödənilib. Bəs gələn il pensiyaçıların yenidən 200 manat maddi yardım alması mümkündürmü?
Medianews.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, gələn il belə bir vəsaitin ayrılması real görünmür:
“Gələn il heç bir bu cür yardım gözlənilmir. Hazırda belə bir şərait yoxdur. O vaxt inflyasiya yüksəknidi, pandemiya isə vəziyyəti daha da kəskinləşdirmişdi və dövlət buna görə yardım etmişdi. Amma növbəti il üçün belə bir addımın atılması ehtimalı yoxdur”.
Beləliklə, iqtisadçıya görə, 2026-ci ildə pensiyaçıların əlavə maddi yardım alması reallığa uyğun deyil.