Medianews.az
Vüsalə Əlizadənin verilişi efirə qayıtdı,
38 baxış

Vüsalə Əlizadənin verilişi efirə qayıtdı, amma...

“Xəzər” televiziyasında yayımlanan və Vüsalə Əlizadənin aparıcı olduğu “İncə Səhər” verilişi efirə qayıdıb.

Medianews.az xəbər verir ki, noyabrın 28-də proqramın yeni bölümü yayımlanıb.

Bugünki verilişin qonaqları müğənni Mənzurə Musayeva, Habil Əhmədov və Dana Durdana olub.

Noyabrın 27-də “İncə səhər” verilişinin yayımını yarımçıq dayandırılmışdı. Proqramda iştirak edən qonaqlardan biri son günlər Mədəniyyət Nazirliyi ilə qalmaqallarda adı hallanan xanəndə Almaxanım Əhmədli idi.

Almaxanım Əhmədlinin atası, şair, professor Vüqar Əhməd bildirmişdi ki, montajda problem yaranıb və proqram bu gün yenidən yayımlanacaq. Lakin noyabrın 28-də “İncə səhər”in yeni bölümü efirə gedib.

Qeyd edək ki, “Xəzər” televiziyasının noyabrın 27-də yaydığı açıqlamada da verilişin dayandırılmasının texniki problemlə bağlı olduğunu bildirmişdi.

Bizə qoşulun