Medianews.az
Azərbaycanın bu dövlət qurumu
38 baxış

Azərbaycanın bu dövlət qurumu BAĞLANIR?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bağlanacağı barədə xəbələr yayılıb.

Maliyyə Nazirliyinin bu qurumu maliyyələşdirməkdən imtina edəcəyi iddia olunur. Məlumata görə, hökumət mərkəzin fəaliyyətindən razı deyil.

Medianews.az məsələ ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sorğu verib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova əvvəl deyib ki, rəhbərliklə danışıb sualı cavablandıracaq. Bir qədər sonra isə bildirib ki, sorğuya cavab verməyəcəklər.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqəsdi ilə yaradılıb.

Mərkəzin bağlanacağı barədə informasiyanı “Günün səsi” yayıb.

Bizə qoşulun