Medianews.az
Xanımı 27 yaşında xərçəngəndən ölən tiktoker təsirli PAYLAŞIM -
68 baxış

Xanımı 27 yaşında xərçəngəndən ölən tiktoker təsirli PAYLAŞIM - VİDEO

Həyat yoldaşını gənc yaşda xərçəng xəstəliyindən itirən tiktoker Adel sosial şəbəkədə paylaşdığı duyğusal sözlərlə diqqət çəkib.

O, vəfat edən həyat yoldaşının yoxluğunun həyatında böyük boşluq yaratdığını bildirib. Adel paylaşımında əvvəlki həyat tərzinin tamamilə dəyişdiyini etiraf edib:

"Sən gedəndən sonra çox dəyişmişəm. Artıq əvvəlki kimi deyiləm. Evimizin də abu-havası dəyişib. Dadlı yeməklər bişmir, səhərlər oyanmaq istəmirəm. Süfrəmizdə bir boşqab əskilib..."

Tiktoker həyat yoldaşının yoxluğunu hər an hiss etdiyini, uşaqlarına görə ayaqda qalmağa çalışdığını vurğulayıb:

"Uşaqlara görə gülürəm, amma içimdə ağır bir ağrı var. Elə bilirəm canımdan bir parça qopub gedib."

Adel övladlarının atalarını tez-tez soruşduğunu da bildirib. O, kiçik qızına atasının xəstəxanada olduğunu dediyini, böyük övladının isə hər həftə atasının məzarını ziyarət etmək istədiyini yazıb.

Paylaşımın sonunda mərhum həyat yoldaşına olan sevgisini ifadə edən Adel, "Mən səndən çox razı idim, Allah da səndən razı olsun" sözləri ilə hisslərini dilə gətirib.

Onun paylaşımı sosial şəbəkə istifadəçilərini kövrəldib və çoxsaylı rəylər alıb./milli.az/

Bizə qoşulun