Medianews.az
Xalq artisti Şuşada Prezidentdən nə istəyib? -
163 baxış

Xalq artisti Şuşada Prezidentdən nə istəyib? - ÖZƏL

“Şuşada sonuncu dəfə bir neçə gün əvvəl “Xarıbülbül” festivalında iştirak edərkən oldum. Həm evimizi ziyarət etdim, həm də festivalı izlədim. Bizim evimiz Şuşanın girəcəyindədir. O ev heç vaxt boş qalmayıb. O nəslimizin, elimizin, obamızın evidir. O evi Kərbəlayı İmanqulu bəyin vaxtında olduğu kimi saxlamışıq. Həmin ocaq, həmin evdir. Şuşaya köçməklə bağlı hələ ki, dəvət gəlməyib. Bu proses növbəli şəkildə həyata keçirilir. Məni çağırsalar gedəcəyəm. Bizim evimizdir də. Sənətdən uzaq düşsəm də, düşməsəm də gedəcəyəm. Film çəkilişlərinə çağırsalar Bakıya qayıdacam, çağırmasalar gəlməyəcəm. Ömrümün axırına qədər sənətdə qalan deyiləm ki.. Mən də bir gün öləcəyəm də. Amma bir şeyi etiraf edim ki, bu minvalla mən sənətdən ayrılmaq fikrində də deyiləm”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Şamil Süleymanlı deyib.

O daha sonra Şuşada cənab prezidentlə rastlaşdığını və ona təşəkkür etdiyini bildirib:

“Şuşanın gözəlliyi bilirsiniz nədədir? Bir də görürsən getdiyin yerdə cənab prezidentə oxşayan bir şəxs gəlib sənin yanından keçir. Ağlına gələndə ki, bu özüdür... Adam yapışır yerə.. Bir-neçə dəfə bu kimi hallar baş verib. Yanımdan keçib.. Düşünmüşəm ki, adam da adama bu qədər oxşayarmış?! Ağlıma gəlmir ki, sadə geyimdə, hansısa tikilinin qarşısında dayanıb kiminləsə söhbət edən bu şəxs cənab prezident olar. Yanında keçəndə anidən deyirsən ki, “hə, bu özü idi”. Dəqiq biləndən sonra görürsən ki, uzaqlaşıb. İnsanlarla görüşür, salamlaşır. Şuşaya gözəllik verən amillərdən biri də budur. Siz elə bilirsiniz ki, biz üzbəüz gəlməmişik?! Adamın dili tutulur. Ancaq əlini sıxıb, qucaqlayırsan və təşəkkür etməkdən başqa əlindən heç nə gəlmir. Şuşada birinci “Xarıbülbül” festivalı keçiriləndə Cıdır düzündə üzbəüz gəlmişəm, həyəcanlı olmuşam və sonradan bilmişəm ki, cənab prezidentdir. Ağlıma gəlməyib. Mənim 71 yaşım olacaq, heç yerdə belə şey görməmişəm ki, prezident əlimdən tutub görüşsün. Babamın şəhərini mənə qaytaran kişini ancaq bağrıma basa bilərəm”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun