Medianews.az
“Beşiktaş”ın qapıçısı Ersin Destanoğluna
104 baxış

“Beşiktaş”ın qapıçısı Ersin Destanoğluna Avropadan maraq

Avropanın iki klubu “Beşiktaş”ın qapıçısı ilə maraqlanır

Türkiyənin “Beşiktaş” futbol klubunda yeni mövsümə hazırlıq gedir. Komandanın qapıçısı Ersin Destanoğlu xarici klubların diqqətindədir.

Medianews.az xəbər verir ki, 25 yaşlı qapıçının “Beşiktaş”la müqaviləsi başa çatıb və o, hələ yeni müqavilə imzalamayıb. 
Ersinlə İngiltərənin “Hall Siti”, İspaniyanın “Deportivo” və “Jirona” klublarının maraqlandığı bildirilir.

Qapıçı ötən mövsüm 32 oyunda meydana çıxıb və 34 qol buraxıb.

“Beşiktaş”ın digər futbolçusu Emirhan Topçu da Avropa və Səudiyyə Ərəbistanı klublarının izləmə siyahısındadır. Lakin 25 yaşlı müdafiəçiyə hələ rəsmi təklif gəlməyib.
Emirhan Topçunun “Beşiktaş”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Medianews.az

Bizə qoşulun