Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə heç bir dəyişiklik etməyi planlaşdırmır.
Medianews.az xəbər verir ki, o, bunu icra orqanının iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Yəni, hökumət üzvləri - baş nazirin müavinləri və nazirlər yenidən təyin olunacaq. Bəzi dəyişikliklər digər səviyyələrdə də baş verəcək", - deyə o qeyd edib.
Paşinyan xatırladıb ki, dünyanın ən yaxşı 200 universitetinin məzunlarını hökumətin kadr bankına daxil etməyə dəvət edir. Onun sözlərinə görə, Ermənistanda dövlət aparatında işləmək getdikcə daha cəlbedici olacaq./Unikal.az