Medianews.az
“VarGonzo”nun Ermənistana girişi qadağan edildi –
46 baxış

“VarGonzo”nun Ermənistana girişi qadağan edildi – Qarabağ izi…

Ermənistanın Milli Təhlükəsizlik Xidməti “VarGonzo” redaksiyasına jurnalist Dmitri Seleznyovun İrəvana girişinə qadağa qoyulmasının səbəbləri ilə bağlı rəsmi cavab göndərib.

Medianews.az Globalinfo.az-a istinadla xəbər verir ki, MTX-nin açıqlamasında Seleznyovun fəaliyyətinin Ermənistanın dövlət təhlükəsizliyinə, konstitusiya quruluşuna, ölkənin müdafiə qabiliyyətinə və ictimai asayişinə təhdid kimi qiymətləndirildiyi bildirilib.

Bu əsaslarla jurnalistin ölkəyə girişinə icazə verilməyib.

Qeyd edək ki, Dmitri Seleznyov daha əvvəl bir neçə dəfə qanunsuz şəkildə Qarabağa səfər edib və 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi fəaliyyət göstərib. Bu faktlar da qərarın verilməsində əsas amillərdən biri kimi göstərilir.

Bizə qoşulun