Medianews.az
Uyğunsuz görüntüləri yayılan
56 baxış

Uyğunsuz görüntüləri yayılan müəllim işdən çıxarıldı

Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb.

Abşeron - Xızı Regional Təhsil İdarəsindən Medianews.az-a verilən məlumata görə, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Bizə qoşulun