Ukraynanın yenilənmiş hökumətində baş nazirin dörd müavini var: baş nazirin birinci müavini-energetika naziri, baş nazirin Ukraynanın bərpası üzrə müavini-icmaların və ərazilərin inkişafı naziri, baş nazirin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini, baş nazirin humanitar siyasət üzrə müavini-mədəniyyət naziri.
Medianews.az bildirir ki, hökumətin strukturunda bu postlar da yer alır:
xarici işlər naziri
müdafiə naziri
ədliyyə naziri
daxili işlər naziri
maliyyə naziri
iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri
sosial siyasət, ailə və birlik naziri
veteranlar naziri
təhsil və elm naziri
səhiyyə naziri
gənclər və idman naziri.
Baş nazir postunu Yuliya Sviridenko tutur.
Ukrayna Konstitusiyasına əsasən, hökuməti parlament (Ali Rada) formalaşdırır. Baş nazirin, xarici işlər və müdafiə nazirlərinin namizədliyini prezident, qalan hökumət üzvlərinin namizədliyini baş nazir verir.
2019-cu ildən Vladimir Zelenski prezidentdir. Ali Radada Vladimir Zelenskiyə bağlı Xalq Xidmətçisi Partiyası və müttəfiqləri çoxluqdadır.
İşğala məruz qalan Ukraynada heç bir seçki keçirmək mümkün olmur. 2023-cü il oktyabrın 29-da keçirilməli olan parlament seçkisi, 2024-cü il martın 31-də keçirilməli olan prezident seçkisi və 2025-ci il oktyabrın 26-da keçirilməli olan yerli seçkilər təxirə salınıb.
Rusiya 2014-cü ildən Ukraynada işğalçı müharibə aparır, həmin il Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Toğrul Əli,
Medianews.az